Demo Sayt » sou » Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə 147 minlik təklif


Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə 147 minlik təklif

2-01-2019, 14:05
Çap et
Bakıda yeni il şənliyində səhnəyə çıxmaq üçün Hadisəyə 147 minlik təklif "2018-ci il mənim üçün çox çətin bir il idi. Eyni şeyi 2019-cu ildə də yaşamaq istəmirəm. Sıxıntılar ötən illə keçsin getsin. Ümid edirəm, hər şey gözəl olacaq”
Bunu Türkiyənin "Posta” qəzetinə açıqlamasında müğənni Hadisə bildirib.
Ötən il anası Gülnihal Açıkgözün intihara cəhd etməsindən sonra müğənni çox çətin günlər keçirib. Anasının sağalması üçün səy göstərən müğənninin həmçinin maddi məsələlər üzündən 3 bacısı ilə də arası dəyib.
Saytın yazdığına görə müğənni dekabrın 31-də Azərbaycanda təşkil olunan yeni il şənliyində səhnəyə çıxmaq üçün 460 min TL (147 min AZN) təklif alıb.
Bundan başqa, müğənni yerli içki firmalarından birinin reklamına çəkiləcək. Bir illik reklam müqaviləsi üçün Hadisə 3,5 milyon TL qazanacaq.
Reytinq: