“Acınız acımızdır...” – Türkiyəli məşhurlar Azərbaycan şəhidlərini andı16-07-2020, 08:47
Çap et Əsgərlərimizin şəhid olması ilə bağlı Azərbaycana baş sağlığı verən türkiyəli məşhurlar sosial şəbəkədə çox kədərləndiklərini bildiriblər. Məşhur müğənni Gülben Ergen sosial media hesabında paylaşdığı postla bizə dəstəyini hiss etdirib. “Acınız acımızdır” sözlərini yazan ifaçı foto ilə yanaşı video da paylaşıb. Türkiyənin məşhur aparıcısı Ece Erken şəxsi “Instagram” səhifəsində Azərbaycan bayrağı paylaşaraq “Şəhidlər bizimdə şəhidlərimizdir. Millətcə başımız sağ olsun” sözlərini yazıb. "Alişan" olaraq tanınan türkiyəli məşhur müğənni Serkan Burak Tektaş özünün "İnstagram" səhifəsində paylaşım edib. "Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Can Azərbaycan" deyən ifaçı şəhid generalımız Polad Həşimovu da yad edib: "Nə şah adam imişsən, nə gözəl ürəyin var imiş... Məkanın Cənnət olsun, nur içində yatasan". Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Hazırda həmin istiqamətdə döyüşlər davam edir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
