Demo Sayt » sou » Namiqlə Aygün yenidən bir arada


Namiqlə Aygün yenidən bir arada

14-12-2015, 09:25
Çap et
Namiqlə Aygün yenidən bir arada Xalq artisti Faiq Ağayevin xeyir-duası ilə şou-biznesə qatılan müğənni Tural Vəlizadə Azərbaycan estradasının bir çox ulduzlarını bir araya gətirəcək.
açıqlama verən gənc ifaçı bildirib ki, yeni il gecəsində şou-biznesin bir çox tanınmışları ilə birgə səhnə alacaq:
“Müğənniliklə yanaşı təşkilatçılıq da edirəm. Yeni il gecəsində xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Nüşabə Ələsgərli, Ədalət Şükürov, müğənnilərdən Nadir Qafarzadə, Elariz Məmmədoğlu, Namiq Qaraçuxurlu və Səidə Sultanla eyni səhnəni bölüşəcəyik. Həmin konsert barəsində isə dekabrın 15-dən sonra mediaya geniş açıqlama veriləcək”.
Reytinq: