Demo saytı » sou » Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı


Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı

19-05-2015, 14:42
Çap et
Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı Açıq-saçıq şəkilləri ilə gündəmə gələn azərbaycanlı müğənni Bagiranın (Aynurə) ölüm xəbəri yayılıb. Bu barədə xalq artisti Nazpəri Dostəliyevanın prodüseri Mikayıl Cavidan sosial şəbəkədəki səhifəsində məlumat verib. Prodüser bildirib ki, ifaçı dünən dünyasını dəyişib: “2011-ci ildə Bagiranın ölüm xəbəri yayılmışdı. Onunla işbirliyim tez başa çatdığına görə, elə bilirdi ki, məlumatı mən yaymışam. Amma bu dəqiqə Türkiyədən yaxın dostum mənə zəng etdi ki, Bagira dünyasını dəyişdi. Çox üzüldüm. Allah rəhmət eləsin”.
Qeyd edək ki, müğənni Bagira uzun illər idi ki, Türkiyədə yaşayırdı.
Reytinq: