Müğənnilərə vergi tətbiq olunmağa başladı - Cəzalanan var22-12-2015, 11:13
Çap et Müğənni Əlikram Bayramov açıqlamasında maraqlı məqamlara toxunub. Müğənninin dediklərini öz dilindən təqdim edirik: "Toylara 2 min, 2 min 500 manata gedirəm. 7-8 minə toya gedən adama da 1685 manat vergi gəlib, 2 min, 2 min 500 manata gedənə də. Mühasibim nazirliyə ərizə ilə müraciət edib və bizə bildirdilər ki, o siyahıda yalnışlıq olub. Allaha şükür, bu problem indi aradan qaldırılıb". Əlikram Bayramov 2015-ci ildə 485 manata yaxın vergi ödədiyini də gizlətməyib: "İndi ola bilsin az ödəmişəm. Amma yenə də 2 min, 2 min 500 manata toya gedən adama bu qədər vergi gəlməməlidir. Elə populyar müğənni tanıyıram ki, 30 ildir bu sənətdədir, xalq artistidir, amma VÖEN-i yoxdur. Vergiyə bu günə kimi bir qəpik də ödəməyib. Heç onlardan vergi tutan yoxdur", - deyə müğənni iradını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
