Demo Sayt » sou » Şahrux Xan “Pokemon” oyununa görə hava limanında saxlanılıb


Şahrux Xan “Pokemon” oyununa görə hava limanında saxlanılıb

12-08-2016, 17:54
Çap et
Şahrux Xan “Pokemon” oyununa görə hava limanında saxlanılıb Hindistanlı dünya şöhrətli aktyor Şahrux Xan Los-Anceles hava limanında saxlanılıb.
"Pokemon" oyunu oynarakən şübhə doğuran aktyor ötən gecə Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən dindirilib.
“Dünyada təhlükəsizlik üçün atılan addımlara da hörmət edirəm. Amma hər dəfə Amerika Miqrasiya Xidməti tərəfindən saxlanılmaq məni bezdirir” - deyə, Şahrux Xan özünün şəxsi “Twitter” hesabında yazıb.
Bolivud ulduzunun dediyinə görə, vaxt keçirmək üçün o, məşhur oyunu oynamaq istəyib.
Lakin Şahrux Xanı tanımayan hava limanının əməkdaşlarından biri onun hərəkətlərini şübhəli bilib və bu barədə mühafizəçilərə məlumat verib.
Reytinq: