Demo Sayt » sou » Acundan Ebru Gündeşə: "Çətin günlər keçəcək"


Acundan Ebru Gündeşə: "Çətin günlər keçəcək"

7-09-2016, 09:24
Çap et
Acundan Ebru Gündeşə: "Çətin günlər keçəcək" TV8 ekranlarında yayımlanan "O Səs Türkiyə" yarışmasının yeni mövsümündə müğənni Ebru Gündeşin münsiflər kürsüsündə olmayacağı xəbəri çoxlarını məyus edib.
Proqramın rəhbəri və aparıcısı Acun İlıcalı da Ebru haqda paylaşım edib:
"Ebru Gündeş, bu çətin günlər keçəcək və aramıza dönəcəksən. Sənin o gözəl ürəyin hər zaman bizimlə olacaq, bilirəm. Bu bir ayrılıq deyil, sadəcə bir fasilədir. Sən bizim ailəmizin bir parçasısan və səni çox sevirik".
Qeyd edək ki, Ebrunun proqramdan ayrılmasını onun xəstə olmasıyla da, həyat yoldaşı Rza Zərrabın həbsiylə əlaqələndirənlər var.
Reytinq: