Demo Sayt » sou » Xalq artistinin sirri açıldı


Xalq artistinin sirri açıldı

16-06-2015, 13:02
Çap et
Xalq artistinin sirri açıldı Xalq artisti Gülyaz Məmmədova sən demə, gündəlik yazırmış.
Heqiqet.az xəbər verir ki, publika.az-a danışan sənətçi vaxtilə yazdığı gündəliyi indi də əziz xatirə kimi saxladığını deyib: "Əvvəllər çox adam gündəlik yazırdı. Mən də lap yeniyetmə vaxtlarımdan həyatımda baş verən hər bir detalı həmin gündəliyimdə qeyd edirdim. Sonralar tələbəlik illərimdə yaşantılarımı, yaradıcılığımda baş verən hadisələri yazırdım. Amma sonradan gündəliyimdə yalnız qastrol səfərlərim, konsertlərimlə bağlı qeydlərim yer aldı. Bu gün onu əziz xatirə kimi saxlayıram. Hərdən də vərəqləyib keçmiş günləri yada salıram".
Reytinq: