Ən çox qazanan qadın müğənillər kimlərdir? – Siyahı17-11-2016, 09:52
Çap et Forbes jurnalı xəbər verir ki, siyahıya 31 yaşlı müğənni Keti Peri başçılıq edib. O, ötən il ərzində təxminən 135 milyon dollar (təxminən 228 879 000 AZN) qazanıb. Ketinin siyahıya liderlik etməsinə “Prismatic World Tour” u, eləcə də “Coty” və “CoverGirl” kimi kosmetik brendlərlə bağladığı müqavilələr kömək edib. Siyahıda ikinci pillədə 80 milyon dollar qazancla 25 yaşlı müğənni Taylor Swift qərarlaşıb. “1989” adlı albomunu 8,6 milyon tirajla satması və dünya turu ona birinci yer qazandırmayıb. Lakin bundan əvvəl KİV Swiftin yeni albom, uğurlu dünya turu, “Diet Coke” və “Elizabeth Arden” kimi brendlərlə bağladığı müqavilə nəticəsində 317,8 milyon dollar (təxminən 538 798 120 AZN) qazandığını iddia edib. Siyahıda üçüncü yeri “Fleetwood Mac” qrupu tutub. Bu qrupun illik qazancı 59,5 milyon dollar (təxminən 100 876 300 AZN) təşkil edib. 4-cü yerdə qərarlaşan Ledi GaGanın ötən il üçün qazancı 59 milyon dollar (təxminən 100 028 600 AZN) olub. Liderlər beşliyini 54,5 milyon dollar (təxminən 92 399 300 AZN) gəlirlə Beyonce tamamlayıb. Ən varlı müğənnilərin onluğunda Britni Spirs (31 mln dollar), Cenifer Lopez (28,8 mln dollar), Miranda Lambert (28,5 mln dollar), Meray Keri (27 mln dollar) və Rihanna (26 mln dollar) qərarlaşıblar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
