Demo Sayt » sou » Kərim Mehriban Xanlarovadan üzr istədi


Kərim Mehriban Xanlarovadan üzr istədi

1-02-2017, 16:17
Çap et
Kərim Mehriban Xanlarovadan üzr istədi Müğənni Kərim Abbasov qalmaqalda olduğu əməkdar artist Mehriban Xanlarovadan üzr istəyib.
K.Abbasov bu barədə sosial şəbəkədəki səhifəsində status paylaşıb: “Mən 4 gün bundan qabaq bilmişəm ki, Həci xanım, əməkdar artist olan Mehriban Xanlarovanın səhhətində problemlər var. Əslində çox üzüldüm. Üzüldüm ki, bu insanla qalmaqal yaşamışam. Allah şəfa versin. Və əsəbiləşib dediyim sözlərə görə də sizdən və ailə üzvlərinizdən üzr istəyirəm. Əslində özümə yaraşdırmadım. Gərək olmazdı. Amma əsəbi vaxtıma düşdü. Hacı xanım, sizə görə dua edəcəm. Allah sizə kömək olsun. Heç kimin pis gününə sevinmirəm. Həyatdı hamının başına gələr”.
Qeyd edək ki, aktrisa ilə müğənni arasındakı qalmaqal “Maşın” şouda başlamışdı. K.Abbasov sosial şəbəkədə M.Xanlarovanın ünvanına təhqirlər yazmışdı. M.Xanlarova isə şərəf və ləyaqətini alçatdığı üçün müğənni Kərim Abbasovu məhkəməyə vermişdi. Daha sonra K.Abbasov aktrisanı onu efirlərin birində şantaj etməkdə günahlandırıb və məhkəməyə müraciət etmişdi.

Kərim Mehriban Xanlarovadan üzr istədi
Reytinq: