Təhsil naziri: “Bütün qaçqın və məcburi köçkün övladlarının təhsil hüququ təmin edilib”15-03-2017, 13:37
Çap et Bunu Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclasında türkiyəli deputat Küçük Canın məcburi köçkün uşaqların təsili ilə bağlı sualı cavablandırarkən təhsil naziri Mikayıl Cabbarov bildirib. M. Cabbarov deyib ki, artıq bütün qaçqın və məcburi köçkünlərin övladları təhsil alır: “Bağça məsələsində müəyyən problemlər var, məktəbəqədər yaşda olan qaçqın və məcburi köçkün uşaqların 55 faizi məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib”. Təhsil naziri bildirib ki, qaçqın və məcburi köçkün uşaqlarla digər kateqoriyadan olan uşaqların təhsil uğurları sahəsində də fərq yoxdur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
