Bakı Şəhəri üzrə Təhsil İdarəsindən gənclərə yeni fürsət3-04-2017, 15:35
Çap et IV könüllülük proqramına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.İdarədən verilən məlumata görə, könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər BŞTİ-nin müxtəlif sektorlarında və xidmət bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, xarici dil biliklərinə malik, ali təhsilli və ya ali təhsil müəssisələrinin son kursunda oxuyan gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər. Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən müvafiq arayış veriləcək. Qeyd edək ki, BŞTİ artıq 3 ildir ki, könüllü əsaslarla çalışmaq arzusunda olan gənclərlə əməkdaşlıq edir. İndiyədək BŞTİ tərəfindən həyata keçirilmiş ilk könüllülük proqramı əsasında 15, ikinci könüllülük proqramında 26, üçüncü könüllülük proqramında isə 35 nəfər müxtəlif sektorlarda və xidmət bölmələrində fəaliyyət göstəriblər. Onlardan 11 nəfəri hazırda BŞTİ-nin əməkdaşıdır. Maraqlananlardan tərcümeyi hallarını konullu@baku.edu.gov.az elektron poçtuna göndərmələri xahiş olunur. Aşağıdakı sektorlara uyğun ixtisaslar üzrə müraciət etməyiniz xahiş olunur: Ümumi təhsil sektoru İnsan resursları sektoru İnformasiya təminatı sektoru İnkişaf layihələri sektoru Maliyyə və mühasibatlıq sektoru; xidmət bölmələri Məktəbdənkənar fəaliyyətin təşkili sektoru İctimaiyyətlə əlaqələr sektoru Hüquq sektoru Təminat və təchizat sektoru Ümumi sektor Təlimə Dəstək Mərkəzi Qeyd edək ki, 3 ay müddətində könüllü kimi fəaliyyət göstərib öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə BŞTİ tərəfindən arayış veriləcək. Əlaqə telefonu: (012) 599-12-22 (daxili: 6112, 6114) Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

IV könüllülük proqramına start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) könüllü əsaslarla işləmək arzusunda olan gəncləri əməkdaşlığa dəvət edir.