BANM Kuala Lumpur Universiteti ilə müqavilə imzalayıb12-04-2017, 11:48
Çap et BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə BANM-in rektoru və professor-müəllim heyəti, Malayziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Roslan Abdul Rəhman UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim və Sənaye texnologiyası institutunun dekanı dosent Prof. Sairul İzvan Safie, , eləcə də səfirliyin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov qonaqları salamladı. O, qarşılıqlı maraq doğuran məsələlərdən danışaraq imzalanacaq müqavilənin həm tələbə və professor-müəllim heyəti, həm də bütövlükdə, iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa təkan verəcəyini vurğuladı. Tərəflər tələbə mübadiləsi, o cümlədən elektrik mühəndisliyi və elektronika ixtisası üzrə birgə proqramın həyata keçirilməsi barədə razılığa gəldilər. UniKL-nin prorektoru Prof. Azanam Shah Hashim öz çıxışında vurğuladı ki, Malayziya universitetinin Azərbaycanın nüfuzlu ali təhsil müəssisələrdən biri ilə əlaqələr qurması hər iki ölkənin maraqlarına cavab verir. O qeyd etdi ki, bu əlaqələri hər iki tərəf üçün perspektiv imkanlar yaradır. Sonra BANM-lə UniKL arasında müqavilə imzalandı. Müqaviləyə əsasən müvafiq sahələrdə birgə elmi-tədqiqat layihələrinin işlənib hazırlanması, tədris və elmi materialların mübadiləsi, birgə elmi forum və konfransların təşkili, o cümlədən Ömürboyu təhsil konsepsiyası çərçivəsində biliklərin yayılması istiqamətində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
