Aksiya keçirən tələbələrlə bağlı İSLAHAT - Yeni rektor QAYDALARI DƏYİŞDİ8-06-2017, 19:33
Çap et Iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib. Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir. - Yay məktəbi tam pulsuz olacaq - Apeliyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq - İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq - İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq - Çöldə əlavə nəzartçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq - Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və özləri kitabxana əməkdaşları gətirib verəcək - 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq - İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq. - Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək - Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
