Demo Sayt » tehsil » “Azərbaycan dili” fənni üzrə imtahan ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb


“Azərbaycan dili” fənni üzrə imtahan ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb

13-06-2017, 13:59
Çap et
“Azərbaycan dili” fənni üzrə imtahan ilə əlaqədar Apelyasiya Komissiyası yaradılıb Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentləri üçün bu il iyunun 11-də “Azərbaycan dili” fənni üzrə keçirilmiş imtahan ilə əlaqədar müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (DİM) Apelyasiya Komissiyası yaradılıb.
Apelyasiya Komissiyası Bakı Asiya Universitetinin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi 28) fəaliyyət göstərir.
Abituriyentlər Apelyasiya Komissiyasına iyunun 13 və 14-də saat 10.00-dan 17.00-dək şəxsiyyəti təsdiq edən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Reytinq: