AMEA-nın ilk magistrlərinə diplomlar təqdim olunub7-07-2017, 13:41
Çap et APA-nın xəbərinə görə, tədbirdə AMEA prezidenti, akademik Akif Əlizadə, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, akademiklər, professorlar, ali məktəblərin rektorları iştirak ediblər. AMEA prezidenti A. Əlizadə bildirib ki, Akademiyada magistratura 2015-ci ildə yaradılıb. O qeyd edib ki, birinci qəbul ilində 9 ixtisas üzrə 19 nəfər yüksək balla Akademiyanın magistraturasına qəbul olunub. Bir nəfər hərbi xidmətə yollanıb, 18 nəfər isə magistr adını qazanıb. A. Əlizadə əlavə edib ki, magistrlərin sosial müdafiəsinin gücləndirilməsi üçün əhəmiyyətli tədbirlər həyata keçirilir. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar barədə çıxış ediblər. Tədbirin sonunda AMEA-nın ilk magistrlərinə diplomlar təqdim edilib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
