Ali məktəblərə qəbul olmaq üçün 32 mindən çox abituriyent ixtisas seçimi edib7-08-2017, 13:14
Çap et Bu gün saat 12:00-dək bakalavriat səviyyəsi üzrə ali məktəblərə 32721 abituriyent elektron ixtisas seçimi edib. Onlardan 29750-si Azərbaycan, 2971-i isə Rus bölməsinin məzunlarıdır. İxtisas seçimi edən 32721 abituriyentin 11144-ü I, 9904-ü II, 9097-si III, 2576-sı isə IV ixtisas qrupu üzrə sənəd verib. Avqustun 5-dən isə 2017/2018-ci tədris ili üçün respublikanın ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə ixtisas seçimi başlayıb. avqustun 10-dək internet vasitəsilə aparılacaq ixtisas seçimində ali təhsil müəssisələrinə V ixtisas qrupu üzrə müsabiqə şərtini ödəmiş və qabiliyyət imtahanlarından müvəffəq qiymət almış abituriyentlər iştirak edir. Bu gün saat 12: 00-dək V ixtisas qrupu üzrə 752 abituriyent ixtisas seçimi edib. Onlardan 667-si Azərbaycan, 85-i Rus bölməsinin məzunudur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
