Sumqayıtda 1 saylı orta məktəbin yolunu sel kəsdi - Şagirdlər dərsə gələ bilmədi4-10-2017, 14:11
Çap et Axşam saatlarından şəhər ərazisində güclənən yağış nəticəsində Sumqayıt şəhər İsmət Qayıbov adına 1 saylı orta məktəbin həyətinə sel gəlib. Nəticədə məktəbin həyəti təxminən 40-50 sm hündürlüyündə su ilə dolub. Hadisə nəticəsində şagirdlər orta məktəbə daxil ola bilməyib, geri qayıdıblar. Məsələ ilə bağlı Sumqayıt şəhər 1 saylı orta məktəbin direktoru Ruhiyyə Tağıyeva faktı təsdiqləyib. Direktor bildirib ki, hadisə ilə bağlı Təhsil Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinə dərhal məlumat verilərək məktəbdəki vəziyyət bildirilib: "Məktəbin əsas girişindən həyətə daxil olmaq çətin olduğu üçün alternativ yoldan istifadə etmişik. Müəllimlər məktəbdədirlər". R.Tağıyeva deyib ki, alternativ yol da palçıqlıdır: "Amma ən azından bu yoldan istifadə etmək olur. Şagirdlərdən də məktəbə gələnlər var. Bəzi şagirdlər gəlməsə də, məktəbdə tədris dayanmayıb. İndi gözləyirik ki, aidiyyəti qurumlar məktəbin həyətindəki suyu çəksinlər". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
