Demo saytı » tehsil » İqtisad Universitetini seçən əcnəbi tələbələrə xoş xəbər


İqtisad Universitetini seçən əcnəbi tələbələrə xoş xəbər

16-07-2015, 19:34
Çap et
İqtisad Universitetini seçən əcnəbi tələbələrə xoş xəbər Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) seçəcək əcnəbi tələbələr UNEC ilə London Universitetinin (University of London) ikili diplom proqramına qoşulmaq imkanı qazanacaq. Bu barədə ADİU-nun Marketinq və Kommunikasıya Departamentinin baş mütəxəssisi Vüsalə Məmmədova bildirib. Bununla da xarici tələbələr UNEC-lə bərabər London Universitetinin bakalavr diplomunu əldə edə biləcək.
Proqramda iştirak edəcək əcnəbi tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaq və nüfuzlu təhsil ocağının tədris resurslarından yararlanacaq. Tələbələr təhsil aldıqları müddətdə London İqtisadiyyat Məktəbinin (London School of Economics) Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbində iştirak etmək şansını əldə edəcək.
Reytinq: