Demo Sayt » tehsil » Sumqayıt Dövlət Universitetinin tələbələri "Tələbə baharı" ümumrespublika yaradıcılıq festivalında iştirak etdilər


Sumqayıt Dövlət Universitetinin tələbələri "Tələbə baharı" ümumrespublika yaradıcılıq festivalında iştirak etdilər

30-04-2018, 13:59
Çap et
Sumqayıt Dövlət Universitetinin  tələbələri "Tələbə baharı" ümumrespublika yaradıcılıq festivalında iştirak etdilər Tələbə dünyası unudulmaz anları, sevinc, uğur, həyəcan dolu məqamları özündə ehtiva edir. Aprelin 25-də Azərbaycan Dövlət Musiqili Teatrında "Tələbə bahan" ümumrespublika tələbə yaradıcılıq festivalının qala konserti keçirildi.
Gənclər və idman naziri Azad Rəhimov tədbirdə çıxış edərək festivalın əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il "Tələbə baharı" ümumrespublika yaradıcılıq festivalı keçirilir. Festival bir sıra istedadlı gənclərin üzə çıxarılmasında vacib rol oynayıb. Bu festivalın qalibləri ölkəmizi beynəlxalq müsabiqələrdə, o cümlədən "Eurovision" mahnı yarışmasında uğurla təmsil ediblər.
Nazir bildirdi ki, "Tələbə baharı" layihəsi Gənclər və İdman Nazirliyinin ən uğurlu layihələrdən biridir. "Bizim çevik, bilikli, istedadlı tələbə ordusunun gündən-günə sıraları artır, genişlənir. 2007-ci ildən bu günədək üç mindən çox tələbə bu layihədə iştirak edib. Bu layihə gənclər arasında mədəniyyətin təbliği üçün çox yaxşı fürsətdir".
Azad Rəhimov onu da qeyd etdi ki, festivalın keçirilməsində məqsəd tələbə yaradıcılıq kollektivlərini İnkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, tələbələrin estetik tərbiyə sistemini təkmilləşdirmək, yaradıcı və istedadlı gəncləri üzə çıxarmaq, onlara dövlət qayğısını artırmaq, asudə vaxtlarının səmərəli təşkil edilməsi sahəsində səyləri gücləndirmək, yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasma şərait yaratmaqdır.
Gənclər və idman naziri ölkəmizdə Prezident cənab İlham Əliyevin dəstəyi ilə gənclərə yönəlmiş bir sıra layihələrin uğurla həyata keçirildiyini diqqətə çatdırdı.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov da çıxışmda festivalın əhəmiyyətindən danışdı, iştirakçılara uğurlar arzuladı. Ş.İsmayılov qeyd etdi ki, aprelin 3-6-da festivalın seçim mərhələləri keçirildi. Seçim turlarmda 15-dən çox ali təhsil müəssisəsindən 800-dən artıq tələbə müxtəlif nominasiyalar üzrə istedadlarmı nümayiş etdirdilər. Bu isə ildən-ilə layihəyə artan marağın sübutudur.
Tədbir tələbələrin müzikl-tamaşaları ilə davam etdi. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin "Səma" rəqs qrupu "Milli rəqs" nominasiyası üzrə III yerə, "Estrada" musiqi nominasiyası üzrə isə İqtisadiyyat və idarəetmə fakültəsinin” I kurs tələbəsi Qəşəm Cəfərov III yerə layiq görüldülər.
Sonda festivalm qaliblərinə Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqmm diplomları və xatirə hədiyyələri təqdim olundu.
Reytinq: