Demo Sayt » tehsil » SDU-da tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olundu


SDU-da tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olundu

3-05-2018, 14:25
Çap et
SDU-da tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədilə kurslar təşkil olundu Sumqayıt Dövlət Universitetində maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülüb

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycanın sivil dünyaya inteqrasiyası və ölkədə sosial-iqtisadi inkişafın təmin olunması daha çox elmin və təhsilin inkişafından, yeni elmi biliklərin, texnika və texnologiyaların mənimsənilmə səviyyəsindən və s. amillərdən də asılıdır. Bu amillərin reallaşması isə ilk növbədə iqtisadiyyatın müxtəlif sahələri üzrə yüksək biliyə malik ixtisaslı kadrların hazırlanmasını tələb edir. Prezident cənab İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır.
Sumqayıt Dövlət Universitetində son illərdə təhsilin səviyyəsinin yüksəldilməsi, ali məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Bu isə öz növbəsində təhsilin keyfiyyətinin yüksəldilməsi və kadr potensialının hazırlanması ilə bağlıdır. Çünki hər bir ali təhsil müəssisəsinin səviyyəsi onun hazırladığı kadrların səviyyəsi ilə ölçülür. SDU-da təhsilin bütün pillələri üzrə keyfiyyətin təminatı üçün innovativ yanaşmaların öyrənilməsi və tətbiqi sahəsində yeni addımlar atılır. Rektor, professor Elxan Hüseynovun tövsiyəsinə uyğun olaraq fakültələrdə tələbələrin hazırlıq səviyyəsini daha da yüksəltmək məqsədi ilə kurslar təşkil olunur.
Mühəndislik fakültəsində də bu kurslar uğurla davam edir. Beləki, 1992-ci ildən fəaliyyət göstərən İnformasiya texnologiyaları və proqramlaşdırma kefedrasında görülən işlər son zamanlar daha da canlanmışdır. Hazırda kafedranın əməkdaşları tərəfindən bir sıra işlər yerinə yetirilir. O cümlədən kafedranın informasiya bazası işlənir. Tədris sənədləri yeni standartlara uyğunlaşdırılır, tədris sənədlərinin alınması proseslərinin avtomatlaşdırılması istiqamətində müntəzəm işlər aparılır.
Müasir dövrdə informasiya texnologiyalarının və kompüter texnikasının müntəzəm olaraq inkişaf etməsi, yeni proqram məhsullarının yaradılması bu sahənin mütəxəssisləri qarşısında bir sıra tələblər qoyur. Onlardan biri də tələbə və magistrların informasiya texnologiyaları sahəsində yaranan yeniliklərlə tanış olması və yeni sistemlərdən istifadə etmək vərdiş və bacarığının formalaşdırılmasından ibarətdir. Bu baxımdan da İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasında hazırda bir sıra işlər görülür. Bu məqsədlə Mühəndislik fakültəsinin dekanı, dosent Ulduz Ağayev və kafedranın müdiri, professor Aqil Hüseynovun təşəbbüsü ilə fakültənin nəzdində "Proqramlaşdırmanın əsasları" adlı kurs təşkil edilmişdir. Kurs 15 mart 2018-ci il tarixdə fəaliyyətə başlamışdır. Kursda kafedranın aparıcı müəlimləri tərəfindən mühazirələr oxunur. Bu kursun əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, əldə olunan nəzəri biliklər praktiki olaraq kafedranın nəzdindəki laboratoriyalarda yerləşdirilmiş kompüterlərdə reallaşdırılır. Ümumiyyətlə, qarşıya qoyulmuş məsələlərin praktiki olaraq yerinə yetirilməsi üçün kafedranın əməkdaşları fəallıq göstərirlər.
Kafedranın aparıcı müəllimləri - dosent Şəfahət Rəhimovun, baş müəllim Şəlalə Cəfərovanın, baş müəllim Bəhruz Əmiraslanovun və digərlərinin əməyini xüsusi qeyd etmək lazımdır. Gələcəkdə kursun dinləyiciləri sırasına təkcə Mühəndislik fakültəsinin tələbə və magistrları deyil, digər fakültələrin də tələbə və magistrlarının cəlb edilməsi istiqamətində işlər aparılır, kurslarda məharət dərslərinin keçirilməsi planlaşdırılır. Həmçinin, universitetin bu istiqamət üzrə fəaliyyət göstərən digər kafedralarınm aparıcı mütəxəssislərinin, professor-müəlim heyətinin bu kurslarda mühazirələr oxuması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Tarix və coğrafiya fakültəsində artıq bir aya yaxındır ki, bu istiqamətdə işlər gedir. Jurnallar və dərs cədvəli tərtib olunmuşdur. Fəlsəfə, sosiologiya və politologiya kafedrası . üzrə "Qədim və orta əsr sosial siyasi fikir tarixi", "Azərbaycanın siyasi təlimlər tarixi" fənləri üzrə dosent Zahid Bünyadov, "Müasir Azərbaycanda siyasi proseslər", "Siyasət nəzəriyyəsi" fənni üzrə dosent Telman Niftaliyev, Tarix və onun tədrisi metodikası kafedrası üzrə "Arxeologiya və ibtidai icma tarixi", "İbtidai icma tarixi"ni Neyman Xasayev, "Antik tarix" fənnini baş müəllim Nofəl Abdullayev və dosent Rüstəm Əhmədov tədris edirlər.
Reytinq: