Demo Sayt » tehsil » Peşə bayramınız mübarək, əziz müəllimlər!


Peşə bayramınız mübarək, əziz müəllimlər!

4-10-2018, 17:50
Çap et
Peşə bayramınız mübarək, əziz müəllimlər! Hər yeni dərs ili yüzlərlə ağ göyərçin - fidan balalar oğlanlı-qızlı birinci sinfə qədəm qoyurlar. Bu, o deməkdir ki, onların həyatlarında yeni bir cığır açılır - məktəb cığırı. Sonradan bu cığır yola çevrilir və bu yol onları təhsilin ən qaynar çağlarına yetişdirir; buradan da cəmiyyətə çıxış başlanır - əsas an da məhz həmin zaman olur: yəni orta təhsil ali təhsilə qapı açır. Buna isə ağıllı bilik və normal həyatabaxışla nail olmaq mümkündür.
Biz də məktəb həyatı yaşamışıq, balalarımız da bu həyatın qapısından içəri keçiblər. Bu həyat bizə çox şey verib. Ən azından dünyanın nə olduğunu, zamanın hansı templə sürətə məruz qaldığını və s. qavramışıq.
Builki tədris ilində mənim də övladım Bakı şəhəri 20 nömrəli məktəb-liseyin 1-ci sinfinə gedib. Sevindirici haldır ki, bu məktəbdə həyat və cəmiyyət məsələlərinə dərindən bələd olan, təhsil işini hərtərəfli dərk edən müəllimlər dərs deyir. Adıçəkilən məktəbin ibtidai sinif müəllimi Gülxanım Əhmədova da ictimai həyata öz təhsil uğurları ilə töhfə verən pedaqoqlardandır.
Gülxanım müəllimə şəfqətli müəllimədir, elə bu şəfqətlə də şagirdlərinə tədris etdiyi fənləri sevdirə bilir. O, şagirdləri öz övladları kimi əzizləyir, onlarda təhsilə maraq oyadır. Şübhəsiz, belə bir müəllimin fədakarlığı altında şəfqət və nəvazişlə böyüyən, təhsil alan uşaqlar ruhani varlıqlar kimi daim ucalıqlara yol açacaq, cəmiyyətə fayda verəcək və həyatda öz yerlərini tapacaqlar.
Necə ki, Allahı sevən insanlar qeyb aləmlərinə biganə olmurlar, eləcə də Gülxanım müəllimə - ruhunun qapısı açıq olan bu mübarək qadın məktəb həyatında sanki bir Qütb ulduzudur, həmişə öz şagirdlərinin ətrafında dolanır, onların formalaşmaları üçün bütün imkanlarından istifadə edir.
Bizim hamımızın Gülxanım Əhmədova kimi yetkin və kamil bir müəllimin qarşısında bir minnətdarlıq borcumuz var. Onun şəfqət gözəlliklərinin hər anı dərs dediyi şagirdlər üçün böyük gələcəyə ümiddir.
Gülxanım müəllimə sevinci və kədəri ilə barışan, sevinci və qəmi ilə iç-içə yaşayan, qəlbi kinə və nifrətə bağlı olan, hər halı ilə qurmaq və ucaltmaq üçün çalışan bir müəllimədir. Xüsusən də, inancı və sonsuzluq düşüncəsi ilə qəlbinin qapılarını öz övladları saydığı şagirdlərin üzünə açan xoşbəxt pedaqoqdur. Məhz bunun nəticəsidir ki, onun dərs dediyi balaca fidanlar sonradan gələcəyin qapısını öz təhsil uğurları ilə açır, cəmiyyətimizin aparıcı kadrlarına çevrilirlər.
Gülxanım müəllimənin timsalında deyirəm: Peşə bayrammız mübarək, əziz müəllimlər!

İlkin Əzizxanoğlu
Reytinq: