Təcrübəli pedaqoqumuzu təbrik edirik!3-12-2018, 16:07
Çap et Əsədova Rəhilə Məhəmmədəli qızı 1 iyul 1955-ci ildə Cəbrayıl rayon Soltanlı kəndində anadan olub. 1962-ci ildə həmin kənddə olan tam orta məktəbin birinci sinfinə gedib, 1972-ci il-də tam orta məktəbi bitirib. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin ÜTF və əmək fakültəsinə daxil olmus, 1978-ci ildə ali məktəbi bitirib. 1979-cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 36 nömrəli Dəmiryol tam orta məktəbində işə qəbul olmuşdur. Həmin məktəbdə fizika, elektrotexnika, rəsmxətt və texniki əmək fənlərini tədris etmişdir.1993-cü il oktyabr ayının 30-da erməni təcavüzkarlarının hücumu nəticəsində Zəngilan işğal olundu və məcburi köçkün oldular. Həmin ildən Bakı şəhərində məskunlaşdılar. 1994-cü ildən Yasamal rayonu M.İbrahimov adına 153 saylı tam orta məktəbin direktoru H.Zəkizadə onu işə qəbul etdi. Həmin ildən Rəhilə müəllim bu məktəbdə işləyir. Əvvəlki illərdə rəsmxətt, rəsm və texniki əmək fənnlərini tədris etmişdir. Hal-hazırda yuxarı siniflərdə təsviri incəsənət fənnini tədris edir. YAP-ın üzvüdür. P.S.: Bu günlərdə Rəhilə xanım "Heqiqet.az” saytının keçirdiyi rəy sorğularına əsasən təhsil sahəsindəki uğurlu fəaliyyətinə görə “İlin müəllimi" media mükafatı ilə təltif edilmişdir. Bu münasibətlə təcrübəli pedaqoqumuzu təbrik edir, işlərində müvəffəqiyyətlər arzulayırıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Əsədova Rəhilə Məhəmmədəli qızı 1 iyul 1955-ci ildə Cəbrayıl rayon Soltanlı kəndində anadan olub. 1962-ci ildə həmin kənddə olan tam orta məktəbin birinci sinfinə gedib, 1972-ci il-də tam orta məktəbi bitirib. 1973-cü ildə V.İ.Lenin adına APİ-nin ÜTF və əmək fakültəsinə daxil olmus, 1978-ci ildə ali məktəbi bitirib. 1979-cu ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində yerləşən 36 nömrəli Dəmiryol tam orta məktəbində işə qəbul olmuşdur. Həmin məktəbdə fizika, elektrotexnika, rəsmxətt və texniki əmək fənlərini tədris etmişdir.