3 nömrəli məktəb-liseydə yüksək tədris üçün əsaslı baza var23-01-2019, 11:51
Çap et Bu da təbii ki, adıçəkilən məktəb-liseyin direktoru Sevinc xanım Əliyevanın rəbhəbərliyi altında aparılan islahatların, müasir innovativ tədqiqlərin, laborator zəminli şəraitin nəticəsidir. Ümumiyyətlə, 3 nömrəli məktəb-liseydə müəllim-şagird birgə təcrübəsində innovativ əsaslar böyük rol oynayır. Bu rakursdan yanaşsaq, deyə bilərik ki, texniki avadanlıqların islahat dektruksiyası və müasir tədrisdə innovasiyanın tətbiqi yetişən nəslin mükəmməl biliyə malik olmasına yönələn ictimai uğurdur. 3 nömrəli məktəb-liseydə təhsildə yüksək nailiyyətlərə imza atıb, məktəb-şagird, şagird-müəllim dəyərlərini örnək kimi səciyyələndirib, bilik potensialını artırmaq istiqamətində bütün mümkün vasitələrdən istifadə edib. Məktəb-liseyin direktoru Seyinc Əliyeva texniki-innovativ əsasların, innovaisyalı təhsil islahatlarının, məktəb-cəmiyyət proseslərinin ümumi inkişafa sövq edilməsində təcrübə və biliyin birinci şərt olduğunu deyir, qazanılan uğurlarda məktəb kollektivinin böyük əməyi olduğunu vurğulayır. Həmçinin, deyir ki, şagirdlərin dərs prosesində aktiv iştirakını təmin etmək üçün texniki avadanlıqlar mühüm önəm kəsb edir. Bu vasitələr dərs anının mükəmməl hala gətirilməsində də başlıca rol oynayır. Çünki laboratoriya şəraitində keçirilən dərslərdə təcrübə və onun tətbiqi geniş imkanlar açır, şagirdlərin bilik səviyyələrini artırmaq yönündə münbitliyi artırır. Bu da o deməkdir ki, texniki-innovativ dəyərlər və innovasiyalı təhsil uğurun ən temperamentli cəhdləridir. Direktorun əlavə dediklərinə əsasən anlayırıq ki, texniki-innovativ dəyərlər və innovasiyalı təhsil təkcə müşahidələrdən, avadanlıqlarla canlı ünsiyyətdən ibarət deyil, həm də bilik səviyyəsinin artırılmasında, tədris, təhsil işinin keyfiyyətinin artmasında həlledici rollardan birini oynayır və artıq dünya təhsil sistemində də bu sivil qaydalar geniş tətbiq edilir. 3 nömrəli məktəb-liseydə texniki avadanlıqların innovativ dəyərlər kimi ehtivası artıq günün tələbidir və şagird-müəllim kontingentinin laborator-rəqəmsal biliklərə yiylənmək maraqlarını hər kəsə açıq göstərir. Bu da müasir təhsil proqramlarının tətqiqi, tətbiqi və bundan geniş istifadə edilməsi şərtlərini fundamental əsaslar kimi önə çəkir. Məhz 3 nömrəli məktəb-liseydə təhsil bu kriteriyalar üzrə öz səviyyəsinin təyin edir. Elə bunun nəticəsidir ki, adıçəkilən məktəb-lisey ilin məktəbi nominasiyası üzrə qalib adı qazanıb. Sevinc xanım onu da vurğulayır ki, ulu öndər tərəfindən başlanmış və bu gün də ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu təhsil işləri Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir və xalqımız bundan sonra da ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalacaq, ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olacaq, yüksək əzmlə çalışacaqlar. Rəbbi Qasım Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
