Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsində yerləşən Xüsusi Təyinatlı Məktəbində sivil inkişaf xüsusi diqqət çəkir12-02-2019, 10:36
Çap et Adıçəkilən məktəb xüsusi təyinatlı hərbi biliklərin və sərhəd xidməti işinin bariz və səciyyəvi amillərini özündə geniş ehtiva edir. Digər tərəfdən, buradakı nizam-intizam, təhsil qaydalarına uyğun ictimai dəyərlərin önə çəkilməsi aidiyyatı üzrə mövcud qanunauyğunluğun mahiyyətini açır. Bildiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin Mərdəkan qəsəbəsindəki xüsusi məktəbində hər tədris ilinə uyğun sənəd qəbulları keçirilir. 2019-2020-ci tədris ilinə uyğun sənədlərin qəbulu prosesində iştirakım adıçəkilən məktəb haqqında deyilənləri tam mənada təsdiqlədi. Sənədlərin qəbulu zamanı göstərilən nəzakət, mehriban münasibətlər, ən əsas da, qəbul prosesindəki şəffaflıq dövlətimizin bütün istiqamətlərdə yüksək inkişafından xəbər verir. Bu da o anlama gəlir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin sərhəd xidmətinə qayğısı bu sahədə uğurları artırır. Fərəh hissi ilə qeyd edə bilərik ki, adıçəkilən məktəbdə müəllim və şagirdlər üçün yüksək şərait yaradılıb, hərbi biliklərin mənimsənilməsi üçün şagirdlərə bütün potensiallardan istifadə şansları verilib. Bu da ölkəmizin sərhəd xidməti işindəki sivil inkişafa bir nümunədir. İlkin Əzizxanoğlu Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
