Nazir müavini: "Ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupu fəaliyyətə başlayacaq"7-10-2019, 15:38
Çap et Bunu jurnalistlərə açıqlamasında Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bunu təhlil edərkən ölkə üzrə 3-5 yaşlı uşaqların məktəbəqədər təhsilini təmin edən müəssisələrin ölkə üzrə bərabər paylanmadığı görülür: "Elə kəndlərimiz var orada ümumiyyətlə məktəbəqədər təhsil müəssisələri yoxdur. Elələri də var ki, orada say kifayət qədər deyil. Bu baxımdan ümumtəhsil müəssisələrinin bazasında 3-5 yaşlı uşaqlar üçün məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasının uşaqların gələcəkdə təlim nailiyyətlərinə müsbət təsir etməklə yanaşı ümumilikdə ölkəmizdə təhsilin keyfiyyətinə çox müsbət təsir edəcəyinə əminik". Nazir müavini qeyd edib ki, bu aydan ölkədə 250 icma əsaslı məktəbəqədər təlim qrupları fəaliyyətə başlayır: "Növbəti ildə də daha 250 qrup fəaliyyət göstərəcək. Bu da ümumilikdə 3-5 yaşlı ölkə əhalisinin, 10 minə yaxın uşağın məktəbəqədər təhsilə cəlb olunması deməkdir". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
