Ceyhun Bayramov: Tələbələrin 75 faizi onlayn təhsilə qoşulub8-05-2020, 09:26
Çap et Bu sözləri mayın 7-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə təhsil naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, 40 min nəfərə yaxın tələbənin sonuncu tədris ilidir: "Onlar istehsalat təcrübəsində olduğundan bir çoxunun onlayn tədrisə qoşulması vacib olmayıb. Ali təhsil müəssisələri qısa müddətdə çevik reaksiya verərək onlayn sistemləri işə salıb”. Nazir deyib ki, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. Eyni zamanda hərbi çağırış dövrü nəzərə alınaraq, buraxılış kurslarında təhsil alan oğlan tələbələrin yekun attestasiyasının akademik təqvimdə nəzərdə tutulmuş müddətdə bitməsi planlaşdırılır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
