Demo Sayt » tehsil » Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır


Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır

26-08-2020, 10:14
Çap et
Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır Dünya dövlətləri kimi, Azərbaycan da qlobal pandemiya şəraitindədir. İqtisadiyyatdakı geriləməyə baxmayaraq, dövlətin sosial siyasətində dəyişiklik yoxdur, yəni böhrana baxmayaraq heç bir sosial layihə təxirə salınmır, əksinə, keçən illə müqayisədə bu il daha geniş miqyasda həyata keçirilir. Şəhid ailələri, Qarabağ müharibəsi veteranları, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələrə dövlət qayğısı hər zamankı kimi ön plandadır. Yəni qlobal böhran dövründə də əhalisinin sağlamlığı, sosial müdafiəsinin təmin edilməsi dövlətin qarşısında duran strateji vəzifələrdən biridir.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi diqqət və qayğısı, qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
Xüsusən şəhid ailələrinə həm dövlətin, həm də cəmiyyətin diqqət və qayğısı hər zaman yüksək olub. Bu diqqət və qayğının bariz nümunəsini Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva göstərir. Onun xidmətlərinin sevinci yüzlərlə şəhid ailəsinin ömür səhifəsinə yazılıb, neçə-neçə ailəyə səadət bəxş edib, onlara həyat eşqi verib, qəlblərdə işıqlı sabaha inam yaradıb.
İnsanlara təmənnasız yaxşılığı, qayğısı, mərhəməti, ehtiyacı olanlara əl tutması, xeyriyyəçiliyi onun siyasətinin prioritetidir. Mehriban xanım Əliyeva hər zaman Vətən uğrunda canından keçən igidlərin ailələrinə, doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşmasını, onların sosial problemlərinin həllinə diqqət göstərməsini və ümumiyyətlə, cəmiyyətin nəzərini bu məsələyə cəlb etməsini daim özünün vətəndaşlıq borcu hesab edir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib. Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.
Mehriban Əliyevanın bu addımı bir daha sübut edir ki, ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə aparılan bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmır. Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.
Əlbəttə ki, hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir. Hər kəs bu əmanətə hörmət etməyə, qayğı göstərməyə çalışmalıdır. Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır.
Birinci vitse-prezidentin uğurla reallaşdırdığı möhtəşəm xeyriyyəçilik missiyası onu milyonların sevimlisinə çevirib və bu əməllər Azərbaycan qadınının humanizm, mərhəmət kimi dəyərlərə malik olduğunu növbəti dəfə nümayiş etdirir.
Mehriban xanım Əliyevanın insanlara göstərdiyi qayğı genişmiqyaslıdır. Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət də Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil edir.
Dövlətin öz vətəndaşlarına göstərdiyi qayğı bütün cəmiyyətimiz, o cümlədən müharibə əlilləri və şəhid ailələri tərəfindən məmnunluqla qarşılanır. Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət gündən-günə artır.
Vətənimizin ərazi bütövlüyü, dövlətimizin, müstəqilliyimizin qorunması uğrunda şəhid olmuş igid Azərbaycan övladlarının xatirəsinin əbədiləşdirilməsi ilə bərabər, onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan ardıcıl işlər cənab İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhidlərimizin ruhuna sonsuz ehtiram hissindən, şəhid ailələrinə böyük qayğısından irəli gəlir.
Pandemiya şəraitində yaşasaq da, ölkədə müharibə əlilləri və veteranları ilə yanaşı, şəhid ailələrinin mənzillə təminatında heç bir problem yaşanmır. Dövlət bu istiqamətdə sosial layihələrini reallaşdırmaqdadır.
Göründüyü kimi, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər və bu diqqət hər zaman ölkə ictimaiyyəti tərəfindən çox yüksək dəyərləndirilir.
Heydər Əliyev Fondunun təhsillə bağlı qarşıya qoyduğu strateji məqsəd Azərbaycanda bu sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində qurmaq, milli təhsil modelinin gerçəkləşdirilməsinə maddi-texniki və intellektual zəmin formalaşdırmaqdır. Şübhəsiz, təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq qeyri-mümkündür. Bunu nəzərə alan fond ilk növbədə yeni məktəblərin inşası istiqamətində sistemli və ardıcıl iş aparır. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi bu baxımdan cəmiyyətdə çox böyük əks-səda doğurur.
Bu gün Mehriban xanımın ad günüdür. Bu münasibətlə əzizimiz Mehriban xanımı səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür, xeyirxah işində uğurlar arzulayıram!
Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır
Ayşə Məmmədova,
ADPU-nun İbtidai təhsilin pedaqogikası kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru
Reytinq: