Təhsilin yaratdığı yeni dəyərlər27-08-2020, 07:17
Çap et Bu sahəyə onun sistemli baxışı yeni dünyamızın müasir çağırışları kimi təhsil sferasında çox şeyləri dəyişdi. Təhsil artıq insan üçün bir neçə illik təlim və tədris proqramı deyil, bütün ömür boyu davam etməli olan prosesə çevrilib. Eyni zamanda elm, təhsil artıq təkcə dövlətin həyata keçirdiyi tədbirlərlə məhdudlaşan fəaliyyət növü sayılmır. Təhsil bu gün bir mühitdir, ekosistemdir və onun formalaşmasından ötrü bütün cəmiyyət üzvlərinin bu prosesə cəlb olunması lazım gəlir. Birinci vitse-prezidentin təşəbbüsləri sayəsində bu gün elm-təhsil sahəsində qazandığımız ən ciddi nailiyyətlər məhz ölkəmizdə də təhsilin mühitə çevrilməsidir. İnsanlar üçün strateji bir dəyər kəsb etməyə başlamasıdır. Mehriban xanım cəmiyyətimizə elmin, təhsilin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini layihələri ilə göstərir. Ömür boyu oxuyub-öyrənməyi, öyrəndiklərimizi başqaları ilə paylaşmağı, informasiyaların gücü ilə dünyamız üçün yeni dəyərlər yaratmağı aşılayır. Mehriban xanım xüsusilə qızlarımızın, qadınlarımızın təhsilinə diqqət yetirməyi, onların fərdi inkişafına sərmayə qoymaq düşüncəsini verir cəmiyyətə. Çünki hər savadlı qadın cəmiyyətin gələcəyi üçün yeni, layiqli nəslin yetişdirilməsi deməkdir. Toplumun daha böyük güclə, resurslarla irəli getməsidir, önə çıxmasıdır. Gənclərimizin, xüsusilə qızların təhsilinə xərclənən hər bir manat qısa müddətdən sonra min dəfələrlə böyük artımla yenidən cəmiyyətə dönür. Və bundan təkcə həmin vəsaiti sərf edən fərdlər yox, ümumilikdə Azərbaycan qazanır. Mehriban Əliyeva öz baxışları, yanaşmaları, layihələri ilə insanlarımıza bunu öyrədir. Azərbaycanımızın birinci xanımı Mehriban Əliyevanın ünvanına xoş sözlər yazılmış təbriklər gəlir. Mən də bu təbriklərə qoşulur, onu təbrik edir, uzun ömür və xoşbəxtlik arzu edirəm! ![]() Turə Qasımova, Abşeron rayonu Ə.Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəbin direktoru Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

