Dövlət İmtahan Mərkəzi qəbul imtahanlarının keçirilmə tarixlərini açıqlayıb29-01-2021, 07:39
Çap et Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib ki, magistratura səviyyəsinə qəbul imtahanı (1-ci şans) fevralın 28-də keçiriləcək. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları, əvvəlki illərin məzunlarının ali məktəblərə qəbul imtahanı (1-ci mərhələ), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi aprel ayı ərzində keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul imtahanı (1-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (1-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (1-ci şans) may ayı ərzində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı, əvvəlki illərin məzunların üçün ümumi (9) illik təhsil səviyyəsindən kolleclərə qəbul imtahanı, magistratura səviyyəsinə qəbul imtahanı (2-ci şans), tədrisi Azərbaycan dilindən fərqli dildə aparılan ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanı (2-ci şans), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi iyun ayın ərzində olacaq. M. Abbaszadə əlavə edib ki, ali məktəblərə qəbul imtahanı (2-ci şans) iyul ayı ərzində olacaq. Rezidenturaya qəbul imtahanı (1-ci mərhələ 2-ci şans) avqust ayı ərzində olacaq. Sentyabr ayı ərzində buraxılış imtahanı (payız təkrar), dövlət qulluğuna qəbul imtahanının test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələsi) keçiriləcək. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
