Nazirlikdən Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyətinə ETİRAZ17-09-2015, 16:18
Çap et Təhsil Nazirliyi Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyəti dayandırılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin təhsil müəssisəsinin lisenziyasını Gürcüstanın Elm və Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsi Mərkəzi ləğv edib: “Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən Gürcüstanın Kvemo-Kartli bölgəsində ümummilli liderimizin adını daşıyaraq fəaliyyət göstərib. Bu təhsil müəssisəsi ümummilli liderimizin adının universitetə verilməsi ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti qurumlarından heç bir razılıq almayıb. Belə ki, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ölkə prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanı ilə tənzimlənir. Eyni zamanda Heydər Əliyev Mərkəzi həm ölkə daxilində, həm də xaricdə Heydər Əliyev irsinin təbliği, ümummilli liderin dövlətçilik fəlsəfəsinin öyrənilməsi sahəsində fəaliyyət göstərir. Təhsil Nazirliyi ümummilli liderin adının müvafiq razılıq olmadan Gürcüstan-Azərbaycan Tədris Universitetinə verilməsi ilə bağlı narahatçılığını bir müddət öncə Gürcüstan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq qaydada çatdırıb”.Nazirlikdən bildirilib ki, təhsil sahəsində fəaliyyət göstərən qurumlara ümummilli liderin adı xüsusi razılıq əsasında və müvafiq dövlət qurumlarının rəyi nəzərə alınaraq verilə bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Təhsil Nazirliyi Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universitetinin fəaliyyəti dayandırılmasına münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, həmin təhsil müəssisəsinin lisenziyasını Gürcüstanın Elm və Təhsil Nazirliyinin Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsi Mərkəzi ləğv edib: “Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən Gürcüstanın Kvemo-Kartli bölgəsində ümummilli liderimizin adını daşıyaraq fəaliyyət göstərib. Bu təhsil müəssisəsi ümummilli liderimizin adının universitetə verilməsi ilə bağlı Azərbaycan Respublikasının aidiyyəti qurumlarından heç bir razılıq almayıb. Belə ki, ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi ölkə prezidentinin 10 mart 2004-cü il tarixli Fərmanı ilə tənzimlənir. Eyni zamanda Heydər Əliyev Mərkəzi həm ölkə daxilində, həm də xaricdə Heydər Əliyev irsinin təbliği, ümummilli liderin dövlətçilik fəlsəfəsinin öyrənilməsi sahəsində fəaliyyət göstərir. Təhsil Nazirliyi ümummilli liderin adının müvafiq razılıq olmadan Gürcüstan-Azərbaycan Tədris Universitetinə verilməsi ilə bağlı narahatçılığını bir müddət öncə Gürcüstan Respublikasının Elm və Təhsil Nazirliyinə müvafiq qaydada çatdırıb”.