Bakıda 32 yaşlı müəllimə 18 yaşlı şagirdə qoşulub qaçdı25-05-2016, 09:46
Çap et Məktəbin direktoru Mamed Səfərov açıqlama verərək bildirib ki, şagirdlə müəllim arasında məktəb vaxtı eşq olmayıb: “Ola bilər ki, bu sonradan yaranıb. Cəlil məktəbi ötən il bitirib. 18 yaşı da tamam olub. Onların nigaha daxil olmasına heç bir əngəl yoxdur. Əminə xanım ibtidai sinif müəlliməsidir. O, blütenə çıxmışdı. Cəlil də onu elə bu zaman qaçırıb". Direktorun sözlərinə görə, hadisə baş verəndən sonra müəllimə dərsə gəlib."Mən bu məsələ ilə bağlı onunla görüşdüm və mənə bir-birini sevdiklərini, evlənəcəklərini dedi. Nə deyə bilərəm ki?” M.Səfərov müəllimə ilə gəncin toyunun ötən gün Bakıdakı şadlıq saraylarından birində baş tutduğunu bildirib. Lakin tədris müəssissəsinin rəhbəri toyda iştirak etmədiyini deyib. "Müəllimə də toya görə əmək məcəlləsinə uyğun olaraq 5 günlük məzuniyyət götürüb. Ayın 30-u yenidən dərsə qayıdacaq. Bu məsələ onların şəxsi işi olduğu və hər ikisinin nigaha girmək üçün yaşı uyğun olduğundan burada heç bir qanunsuzluq yoxdur”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
