700 bal toplayan abituriyent: "Uğurumun sirri..."19-07-2016, 18:48
Çap et O, kəndin 2 saylı orta məktəbinin məzunudur. Sınaq imtahanlarında yüksək bal toplayan Orxan qəbul imtahanında da yüksək bal toplayacağına əmin olduğunu bildirib. Qəhrəmanımız başqa abituriyentlərdən fərqli olaraq orta məktəbin aşağı siniflərindən dərslərini vaxtı vaxtında oxuyub. Bunun üçün yuxarı siniflərdə elə də gərgin hazırlığa ehtiyac olmayıb. Maksimum bal toplayan şagird qəbul imtahanında yüksək bal toplamasının sirrini riyaziyyat fənnində görür. Deyir, riyaziyyatı yaxşı bilən şagird başqa fənlərdə əziyyət çəkmir: “Səhərlər dərs oxumaq lazımdır. Testləri isə axşam həll etmək olar. Boş vaxtlarımda isə təmiz havada gəzmişəm. İnternet və sosial şəbəkələrdən istifadə etməmişəm. Çünki onlardan istifadə edəndə günün çox hissəsi gedir”. Orxanın atası Əzim Zülfüqarov kənd orta məktəbində riyaziyyat müəllimidir. Atasının dediyinə görə, oğlu hələ aşağı siniflərdən kurslarda və digər imtahanlarda yüksək nəticə əldə edib: “Bu nəticələri əlbəttə ki, gözləyirdim. Bir valideyn kimi qarşısına tələb qoyurdum ki, sən birincilərdən olmalısan, 700 balı toplamağa layiqsən. Sağ olsun, mənim, məktəbin və dövlətin əməyini yerdə qoymadı”. Orxan Tibb Universitetini seçəcəyini desə də, hələ hansı sahə üzrə həkim olmaq istədiyini bilmir. Gələcəkdə seçəcəyi ixtisas üzrə xaricdə təhsil almaq isə onun ən böyük arzusudur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
