Bu il Qafqaz Universitetinə qəbul aparılacaq? - RƏSMİ28-07-2016, 11:24
Çap et Bu barədə Qafqaz Universitetindən məlumat verilib. Məlumata görə, bu yazınlarda Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universiteti əvvəlki qaydada tələbə qəbulu apara biləcək. Universitetdə 29 iyul-10 avqust tarixləri arasında Qafqaz Universitetinə qəbul olmaq istəyən abituriyentlərə ödənişsiz məsləhət xidmətləri göstəriləcək. Xarici tələbələr üçün məsləhət xidmətinin son müraciət tarixi avqust ayının 30-na kimi olacaq. BANM-ın idarəçiliyinə verilməsinə baxmayaraq əvvəlki ixtisasları saxlanılan Qafqaz Universitetinə hətta humanitar ixtisaslar üzrə də qəbul aparılacaq. Xatırladaq ki, iyulun 20-də təsisçinin - SOCAR-ın nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi SOCAR-ın təsisçiliyi ilə yaradılıb və nəzdində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi də fəaliyyət göstərir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
