Magistraturanın boş qalan plan yerlərinə ixtisaslaşma seçimi başlayır5-08-2016, 11:38
Çap et Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Magistr” jurnalının 6-cı nömrəsini nəşr edib. “Magistr” jurnalının 6-cı nömrəsində 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub. Bakalavrların nəzərinə çatdırılıb ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
