Demo Sayt » tehsil » Bakıda kompüter akademiyası açılır


Bakıda kompüter akademiyası açılır

14-09-2016, 10:51
Çap et
Bakıda kompüter akademiyası açılır Ayın sonunadək Bakıda STEP IT Academy - kompüter akademiyası açılacaq.
Bunu layihənin meneceri Aleksey Sleptsov deyib.
Kompüter akademiyası IT təhsildə ixtisaslaşan beynəlxalq tədris müəssisəsidir.
Onun sözlərinə görə, kompüter akademiyasında təhsil müəllif metodları üzrə Azərbaycan və rus dillərində aparılacaq.
Kompüter akademiyasının proqramı 2,5 ilə hesablanıb. Təhsilini başa vuran tələbələr bu akademiyanın beynəlxalq diplomunu, eləcə də tərəfdaş şirkətlərin (Microsoft, Cisco и Autodesk) beynəlxalq sertifikatlarını ala biləcəklər.
STEP IT Academy-də 15-55 yaş arasında olan insanlar peşəkar kompüter təhsili alacaqlar.
Reytinq: