Ən çətin sənət fədaisi olan müəllimlərin əməyi əvəzedilməzdir23-11-2016, 13:08
Çap et Doğrudan da, ən çətin sənət fədaisi olan müəllimlərin əməyi əvəzedilməzdir. Həyatını doğma övladları qədər sevdiyi şagirdlərinə həsr edən müəllimlər haqqında xoş sözlər deyilib, məqalələr yazılıb. Cəmiyyətimizin sabahı üçün məsuliyət daşıyan müəllim ordusu gənc nəslin təlm-tərbyəsinə daima diqqəti artırır. Doğma Azərbaycanın sabahı naminə yüksək zəkalı, intellektual, bilikli gənclər yetişdirən müqəddəs peşə sahiblərindən biri də Nərimanov rayonu Məktəb, Lisey Kompleksinin ingilis dili müəllimi Lalə Məhərrəmzadədir. Lalə müəllimə sadəliyi, yüksək savadı bacarığı ilə işlədiyi kollektivdə böyük nüfuza malikdir. Şagirdləri onu çox sevir. İşlədiyi müddətdə Lalə müəllimə ingilis dili fənnini yüksək səviyyədə tədris etməklə bərabər bir sıra tədbirlərin təşkilində fəal iştirak edir. Lalə müəllimənin "Xocalı faciəsi" adlı hazırladığı tədbir haqqında danışmaq istəyirik. "Xocalı faciəsi" adlı keçirilən tədbiri 6c və 9a sinif şagirdləri tərəfindən ingilis dili və Azərbaycan dilində təşkil olunmuşdu. Tədbiri məktəbin ingilis dili müəllimi Lalə Məhərrəmzadə və Azərbaycan dili və ədəbiyyat müəllimi Vəfa Fərmanlı hazırlamışdılar. Akt zalında keçirilən tədbirə məktəb rəhbərliyi, qonaqlar, şagirdlər və kollektiv dəvət edilmişdilər. Zalda Xocalı soyqırımı əks etdirən rəsmlər, səhnələr hazırlanmış, guşə yaradılmışdır. Qərənfillər, şamlar, fotostendlər o gecənin dəhşətlərini xatırladırdı. Tədbirdə həm ingilis, həm də Azərbaycan dilində Xocalı soyqırımı haqqında məlumat verildi. Heydər Əliyev Fondunun Xocalı haqqında videoçarxı göstərildi. Şagirdlər Xocalı Soyqırımından bəhs edən şeirlər söyləmiş, əsərlər səhnələşdirmişdirlər. Ətrafda yaranan mühüt o gecəni canlandırdı. Xocalıda həlak olan insanların öldürülən fotolarından ibarət sərgi gecəni bir anın iştirakçılara xatırladırdı. Qeyd edilmişdir ki, Xocalı faciəsi təkcə xocalıların yox, bütün Azərbaycan xalqının dərd-qəmidir. Ona görə də, bu gün bütün ölkəmizdə kədər, matəm günüdür. Ulu öndər Heydər Əliyevin nitqi dinlənilmişdir. Xocalı Soyqırımı 1992-ci il fevralm 25-dən 26-na keçən gecənin dəhşətlərinin söylədiyi şeir parçalarında canlandırmağa çalışan məktəblilər inanılmaz idilər. My Khojaly On this day, my heart crumbled. On this day, I really trembled, my Khojaly Has the world changed in so many ways? You know we have God to praise! Ask Him For peace, in your heart and mind, you II have comfort all the time! İndi onlar bir daha vətəni kimlərdən qorumağı tədbir iştirakçılarına çatdırmaq istəyirdilər. Tədbir də səslənən Justice bor Khojalı, Xocalı və We are The vorkd musiqilər Xocalıya aid söylənən şeirlərlə tamamlanırdı. Tədbirdə Xocalı soyqırımını tanıyan ölkələrin adı nümayiş olundu. (Amerikanm 14 ştatı) “Xocalıya ədalət” mahnısı ingilis dilində əsil ananın nitqi tədbir iştirakçılarına Xocalı soyqırımınm vəhşiliklərini bir daha xatırlatdı. Bu tədbir unudulmaz və möhtəşəm oldu. Lalə müəllimə çalışır ki, şagirdlər əsil vətənpərvər, vətənə layiqli övlad olsunlar. Buna görə var qüvvəsi ilə çalışır. Prezident İlham Əliyev cənablarının Xocalı abidəsinin ziyarəri ilə göstərilən filimindən sonra tədbir şagirdlərin bayrağımızı ucaltmaqla, ağlayan qərənfilləri ayaq altına atmaqla bitdi. Nahidə Aslanqızı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
