Demo Sayt » tehsil » ABU-nun 243 tələbəsinin attestatları geri qaytarılıb


ABU-nun 243 tələbəsinin attestatları geri qaytarılıb

16-06-2015, 16:44
Çap et
ABU-nun 243 tələbəsinin attestatları geri qaytarılıb Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinə qəbul olunub təhsili müəyyən səbəblərdən yarımçıq qalmış şəxslərin arxivdə aşkar olunmuş attestatlarının Təhsil Nazirliyi tərəfindən qaytarılması prosesi davam edir.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müvafiq siyahıda adı olan şəxslərdən bu günə qədər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (146-1) zəng edərək qeydiyyatdan keçmiş 404 nəfərdən 243-ü sənədlərini geri alıb.
Qeyd edək ki, qeydiyyatdan keçmiş vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə (digər şəxslər etibarnamə əsasında) hər həftənin çərşənbə axşamı və çərşənbə günləri Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzinə müraciət edərək, müvafiq sənədlərini geri ala bilərlər.
Reytinq: