Təhsilin demokratik inkişafı yollarında12-12-2016, 14:52
Çap et Heydər Əliyev Hər bir dövlətin, xalqın gələcək taleyi onun malik olduğu elmi-intelektual və mənəvi potensialından asılıdır. Təhsilin inkişafı dövlət quruculuğunun mühüm təminatı sayılır. Təhsil hər zaman proqressiv yeniliklər istinad edilən tərəqqiyə nail olan, dünya arenasında özünə yüksək yer tutan sahədir. Həm də cəmiyyət qarşısında dayanan bir çox əsaslı problemlərin həllində açar rolunu oynayır. Hörmətli prezidentimiz İlham Əliyev cənabları hər zaman təhsilimizin qayğısına qalmışdır. Ölkə başçısı bu sahəni diqqət mərkəzində saxlamış, Ulu öndərin bu sahədə müəyyənləşdirdiyi prioritetlərin barisliyini təmin etmişdir. Ölkə başçısı təhsil sahəsinə xüsusi diqqətlə yanaşır. Müstəqil respublikamızın sürətli iqtisadi inkişaf yolunda olması, ildən ilə daha geniş imkanlar yaradır, təhsilə böyük diqqət və qayğı ilə yanaşılır.Məhz 109 saylı məktəbə göstərilən qayğı bu diqqətin bariz göstərcisidir. Hörmətli prezidentimizin sərəncamı ilə 109 nömrəli tam orta məktəbdə əsaslı təmir işləri başa çatdırılıb. Geniş sinif otaqları yeni dərs avadanlıqları ilə təhciz olunaraq məktəblilərin istifadəsinə verilib. Məktəbin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlətimizin başçısı məktəbin binasında yaradılan şəraitlə tanış olub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirib ki, 109 nömrəli məktəb 1966-ci ildən fəaliyyət göstərir. Bu illər ərzində məktəbdə heç bir təmir işləri görülməyib. Odur ki, məktəb üçün binanın əsaslı təmiri zərurətə çevrilib. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda təhsil sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təmir edilən 109 nömrəli məktəbin binasında şagirdlərin təlim-tərbiyəsi və tədris prosesinin yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Təhsil müəssisində müasir laboratoriya otaqları yaradılıb, sinif otaqlarına elektron lövhələr yerləşdirilib. Böyük idman zalı və idman alətləri, eləcə də səliqəli yeməkxana şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısı cənab İlham Əliyev məktəbin direktoru Fizuli Xudiyev və məktəbin müəllim koollektivi ilə ilə görüşüb, onları binanın əsaslı təmiri münasibətilə təbrik edib. Hamının ziyalı kimi tanıdığı Fizuli Vəli oğlu Xudiyev Şahbuz rayonunun Badamlı kəndində dünyaya göz açıb. APU-in riyaziyyat fakültəsini Fərqlənmə Diplomu ilə bitirmiş, doğma Badamlı kəndində əmək fəaliyyətinə başlamışdır. Bir vaxtlar təhsil aldığı sinif otaqları, tanış dəhlizlər, bir də doğma, əziz müəllimləri ilə çiyin- çiyinə işləmək məsulliyəti Fizuli müəllimin qarşıdakı sınaqlara hazır olduğunu göstərirdi. Sonralar Komsomol və Partiya Təşkilatlarında işləmiş, 2003-cü ildə Nizami Rayonu İcra Hakimiyyətində məsul vəzifədə çalışmışdır. 2005-ci ildən ehtibarən 109 saylı tam orta məktəbinin direktoru vəzifəsində çalışır. F. Xudiyev məktəbə və müəllimlərə göstərilən diqqətdən ruhlanaraq günun tələbinə uyğun, təhsil islahatlarına cavab verə bilən şəkildə təhsilimizin inkişafına qayğı göstərir. Elmin, təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin milli - mənəvi dəyərlərlə tərbiyə edilməsi ümdə vəzifələri öz üzərinə götürür. Təhsilin inkişafı, keyfiyyətinin yüksəldilməsi üçün bir çöx müvafiq tədbirlər həyata keçirilir. Təhsil sahəsində əzmkarlıqla çalışan F. Xudiyev pedaqoji fəaliyyətində, təhsil islahatı yollarında illərlə çalışdı, ömrünü şagirdlərinin inkişafı yolunda elmə, təhsilə, mədəniyyətə həsr etdi. O, məktəbdə rəhbər işlədiyi müddətdə təhsilin inkişafına, pedaqoji kollektivin ruh küksəkliyinə xüsusi diqqət yetirir. Uzun illərin müəllimlik təcrübəsi imkan yaradır ki, F. Xudiyev şagirdlərinə təhsil və elmlə bağlı tövsiyələr və biliklər versin. Şagirdlər də öz növbəsində müəllimlərinin etimadını doğruldur- olimpiada yarışlarında yüksək nəticələr qazanıb, hətta məktəbin şagirdləri qızıl medal əldə ediblər. O, məktəblilərə şəxsiyyət kimi yanaşır, onların qayğısına qalır, elm-təhsil sahəsində biliklərini onlardan əskik etmir. O, yalnız riyaziyyat elminin sirlərini şagirdlərə öyrətməklə kifayətlənmir, elmin açarını onlara təqdim etməklə yanaşı, eyni zamanda onları vətənə, el-obasına layiq insan kimi də formalaşdırır. Onun təhsil sahəsində çəkdiyi zəhmətlər hədər getmədi. Təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər və 2014-2015-ci tədris ilində buraxılış imtahanlarının nəticələrinə əsasən cənab nazir Mikayıl Cabbarovun fərmanı ilə Fəxri Fərmanla təltif edilmişdir. Əsas məqsədi doğma Azərbaycanımızın gələcəyi və vətən üçün layiqli vətəndaş yetişdirilməsidir. Təhsil, elm, mədəniyyət, təlim və tərbiyə məsələlərində şagirdlərə də diqqətli və məsuliyyətlə yanaşır. O, ötən illərdə neçə-neçə gəncə kamal atestatı verib, onları həyata hazırlayıb. Bəli, ümummilli liderimiz Heydər Əliyevin təhsil sahəsində uğurları davam etdirilərək hər bir Azərbaycan vətəndaşı yeni nailiyyətlərə doğru addımlayır. Məqsədimiz doğma Azərbaycanımızı daha müasir , zəngin və qüdrətli ölkə kimi görməkdir. Odur ki, Fizuli müəllim gənc nəslin sağlam təfəkkürə malik olması, hərtərəfli inkişafı üçün 109 saylı tam orta məktəbin müəllim kollektivi ilə birlikdə əllərindən gələni əsirgəmirlər. Məktəblilərin yaxşı təhsil alması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə Dövlət Proqramları həyata keçirilir. Mətanət Ulu Şirvanlı AYB-nin üzvi, publisist-şairə Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
