Azərbaycanda ali məktəblərin reytinq və kateqoriyası müəyyənləşdiriləcək17-01-2017, 11:09
Çap et Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Sülhəddin Gözəlov universitet və biznes müəssisələrinin iştirakı ilə keçirilən forumda bildirib ki, bu məqsədlə nazirlik tərəfindən yeni metod hazırlanıb. Onun sözlərinə görə, ali məktəblərin reytinq və kateqoriyası müəyyənləşən zaman onların elmi-tədqiqat və istehsalat əlaqələrinin yerinə yetirilməsi və məzunların işlə təmin olunması əsas götürüləcək. “Təhsil Nazirliyi universitetlərlə iş dünyasının əlaqələrinin möhkəmləndirilməsinə hər zaman dəstək verir. Qeyd edim ki, bu il “SABAH” qruplarında təhsil alan tələbələrin ilk buraxılışı olacaq və onların işlə təmin olunması üçün Təhsil Nazirliyi ölkədəki bütün Nazirliklər, Komitələr və biznes qurumlarına rəsmi məktubla müraciət edib. Onlar da universitetlərlə əlaqə saxlayaraq “SABAH” qruplarında eyni zamanda, digər ixtisas qruplarında təhsil alan yüksək savadlı və bilikli tələbələrin işə cəlb olunmasında maraqlı olduqlarını bildiriblər” – deyə S. Gözəlov qeyd edib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
