Şəmkirdə qalmaqallı məktəblə bağlı materiallar Baş Prokurorluğa göndərildi17-01-2017, 17:04
Çap et Şəmkir Rayon Təhsil Şöbəsindən verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Seyfəli kənd tam orta məktəbin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Qeyd edək ki, Şəmkir rayonu Aşağı Seyfəli kəndindəki M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində laborant işləmiş Xatirə Əliyeva məktəb direktoruna qarşı bəzi ittihamlar irəli sürərək diplomu tanınmayan müəllimlərdən külli miqdarda rüşvət aldığını, direktorun Təhsil Nazirliyinin adından istifadə edərək müəllimlərdən pul yığdığını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
