ŞƏHİDLİK ZİRVƏSİ MÜQƏDDƏSDİR5-09-2017, 11:43
Çap et Sonra Təranə Cəbiyeva çıxış edib kitab haqqında məlumat verdi. O, qeyd etdi ki, Aprel döyüşlərində neçə-neçə Vətən oğlu qəhrəmanlıqla döyüşmüş, bunlardan neçəsi isə torpaq uğrunda şəhid olmuşdur. Belə şəhidlərdən biri də Rəşad Niftalılıdır. İşıq üzü görmüş “Seysulanda döyüş” kitabında Rəşadın həyatı, ailəsi və şəhidlik zirvəsinə gedən yolda göstərdiyi şücaətlər haqqında məlumat verilmişdir. Təranə Cəbiyeva qeyd etdi ki, Rəşad əsgər formasını 9 ay ərzində şərəflə geyindi. Ailənin ilk övladı olan Rəşad Şakir oğlu Niftalılı 1993-cü ildə avqustun 19-da Bakı şəhərində dünyaya gəlib. Bakının Xətai rayonundakı 64 nömrəli orta məktəbin və Gəncə Dövlət Texnologiya Universitetinin məzunudur. O, 2015-ci il iyulun 23-də hərbi xidmətə çağırılıb. Arzusu hərbi xidməti Qarabağda, döyüş səngərində keçirmək olan Rəşadın arzusu gerçək oldu. Tərtər rayonunun Seysulan kəndini mənfur düşmənlərdən azad etmək manqa komandiri Rəşad Niftalılıya tapşırılmışdı. Rəşad döyüş dostlarına “İrəli” əmri verdi və düşmənin canlı qüvvəsini və ağır texnikasını məhv etdi. O və neçə-neçə döyüş yoldaşı bu döyüşlərdə qəhrəmanlıqla həlak oldular. Onlar şəhidlik zirvəsinə yüksəldilər. Tədbirdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Fiduma xanım Hüseynova, millət vəkili Fuad Muradov, Xətai Rayon İcra Hakimiyyətinin başçısı aparatının İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Əməkdar İncəsənət xadimi Ziyadxan Əliyev, Əməkdar mədəniyyət işçisi, "Seysulanda döyüş" kitabının redaktoru Məsaim Abdullayev, Aprel döyüşlərinin iştirakçısı, ehtiyyatda olan zabit, kapitan Hikmət Məmmədov da çıxış etdilər. Onlar Aprel döyüşlərinin xalqımızın döyüş ruhunu və iradəsini, Azərbaycan ordusunun güc və qüdrətini göstərən qəhrəmanlıq tarixi olduğunu söylədilər, şəhidlərin ailələrinə səbr dilədilər. Şəhidin atası Şakir Niftalıyev çıxış edərək, oğlunun qəhrəmanlığından fəxr etdiyini bildirdi, Rəşadın tələbəlik illərindən söz açdı, övladının qayğıkeşliyindən, vətənə sevgisindən danışdı. Sonda Təranə xanım Beynəlxalq Mətbuat Mərkəzinin rəhbərliyinə, kitabın ərsəyə gəlməsində əziyyəti keçən hər kəsə təşəkkür etdi. Onu da qeyd edək ki, “Seysulanda döyüş” kitabı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Aprel döyüşləri haqqında söylədiyi fikirlər qeyd olunmuş səhifə ilə açılır. Sonra kitabın redaktoru Əməkdar mədəniyyət işçisi Məsaim Abdullayevin kitab haqqında “Vətən mənə oğul desə, nə dərdim…” başlıqlı ön söz əvəzi verilmişdir. Kitabda “Oğul Vətən əmanətidi”, “Salam Qarabağ, necəsən?”, “Seysulanda döyüş” , “Ölməzliyə qovuşan Rəşad”, “Seysulan şəhidi Rəşad” məqalələri, eləcə də Məhəmməd Nəriman oğlunun ”Zəfər eşqi, zirvə eşqi” başlıqlı məqaləsi özünə yer tapıb. “Seysulanda döyüş” kitabında Rəşadın uşaqlıq və gənclik illərinin şəkilləri və eləcə də, qazandığı diplom və fəxri fərmanların şəkilləri də verilmişdir. Fərhad ƏSGƏROV Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
