Əlimərdan bəy Topçubaşovun kitabı çap olunub6-04-2018, 14:30
Çap et Mərkəzdən verilən məlumata görə, çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, parlamentin ilk sədri Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsi ilk dəfədir ki, belə geniş şəkildə Azərbaycan oxucusuna təqdim edilir. Kitaba görkəmli xadimin məqalələri, nitqləri, səfər qeydləri, diplomatik yazışmaları, tarixi araşdırmaları, bədii publisistikası və zəngin epistolyar irsindən nümunələr toplanmışdır. Yaxın günlərdə 100 illiyi qeyd olunacaq milli dövlətimizin - Azərbaycan Cümhuriyyətinin (1918–1920) “qurucu atalar”ından olan bu tarixi simanın titanik fəaliyyətini sənədli faktlar və materiallarla sərgiləyən nəşr, Cümhuriyyətin əzablı doğuluş prosesini və bu idealın əbədiyaşarlığını da dolğun şəkildə əks etdirir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və həyatını Cümhuriyyət idealının gerçəkləşməsi uğrunda fəda edənlərin xatirəsinə ithaf olunur. Kitabın tərtibçisi Vilayət Quliyev, redaktoru Afaq Məsuddur. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
