Qoy çəksin eləcə məndəki səni - ŞEİR3-08-2015, 11:04
Çap et Biri xəyalını alsın, aparsın, Dağlara, daşlara, boz qayalara. Qalsın oralarda, dönməsin geri, Anlasın təkliyi, duysun dərdimi. Atsın əllərini tutunmaq üçün, Bir vücud arasın sığınmaq üçün. Qoy dadsın boşluğun acı dadını, Xatırlasın həmən mənim adımı. Biri xəyalını alsın, aparsın, Ətrini içimdən çəksin, aparsın. Al-əlvan güllərə, göy çəmənlərə, Şehli ağaclara, tər budaqlara. Qarışsın baharın təravətinə, Şan olsun adımın səxavətinə. Biri xəyalını alsın aparsın, Çox uzaq ellərə, yad ölkələrə. Bir doğma arasın, çırpınsın quştək, Eşqə möhtac olsun qərib əllərdə. Biri xəyalını alsın aparsın, Gözlərim önündən hər addımımda. Ürək döyüntümdən, hər nəfəsimdən, Lap hər baxışımdan, lap hər sözümdən. Sahibsiz buraxsın məni eləcə, sovrulum küləklə, səssiz-dinməzcə qarışım torpağın ovuntusuna, dinsin acılarım, sussun beləcə. Biri xəyalını alsın aparsın, Bilmirəm necə... Qoy girsin canıma, girsin qanıma, Qoy çəksin eləcə məndəki səni. Ayırsın ruhumdan məni var edən, Qanıma susayan zəhər eşqini... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
