TƏKLİF: Azərbaycan əleyhinə sosial şəbəkələrdə zəhər axıdan adamların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir1-10-2018, 13:59
Çap et Z.Oruc bildirib ki, müasir dövrdə informasiya vasitələri bir silaha çevrilib: “Qərbin müxtəlif dairələrində bu siyasəti Azərbaycana qarşı həyata keçirənlər var. İnformasiya vasitələri sırasında televiziya və radio öz yerini sosial mediaya, əsasən də “youtube” video portalına verir. Hazırda “youtube”u izləyənlərin sayı 1 milyardı keçir. XXI əsrin dövləti öz mənafeyini tamam ayrı mexanizmlər üzərindən qorumalıdır. Hesab edirəm ki, Azərbaycan dövlətinin bütün strukturları sosial media hesabları yaratmalıdır. Bu sosial media üzərindən öz təbliğatını aparmalıdır. Bu çox vacib məsələdir”. Deputat həmçinin terrorla bağlı qanunvericiliyə yenidən baxmağı təklif edib: “Haradasa əyləşib Azərbaycan əleyhinə sosial şəbəkə vasitəsilə zəhər axıdan adamlar varsa, onların fəaliyyəti terror əməli kimi tövsif edilməlidir. Biz Suriyada əlinə silah alıb döyüşən adamı vətəndaşlıqdan məhrum etmək və onlara sərt sanksiyalar tətbiq etməklə işimizi bitmiş saymamalıyıq. Eyni zamanda Azərbaycanın hər bir parlament üzvünü, bütün hökumət strukturlarını və məmurları ən azı öz sahələri üzrə dövlət əleyhinə yönələn kampaniyalara cavab verməyə çağırıram”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
