Kimsəsiz adadakı rokçu və 10 kitabı19-08-2015, 13:18
Çap et Maykl Staypın siyahısını təqdim edirik. Bütün əsərləri, Artur Rembo Patti Smit sayəsində hələ 16 yaşımda Rembonun bütün əsərlərini oxumuşdum. Hər kəlməsini anladığımı deyə bilmərəm, amma birnəfəsə oxumuşdum. “Yolda”, Cek Keruak Bu kitab REM-in ilham mənbəylərindən biridir. Ölkənin hər yerinə ayaq basacaq, xəyallarımızdakı kimi həmişə yollarda olacaqdıq. “Dalqren”, Samuel Rey Dileni Dileninin yaratdığı dünyada olduğu kimi gələcəkdə yaşadığımız dünyadan uzaqda istədiyimiz hər bir qadın və kişi ilə sevişə biləcəyik. Nə günah hissi, nə də həyəcan hiss edəcəyik. Eynən yuxularımızdakı kimi. “Çempionların səhər yeməyi”, Kurt Vonnehut Yumor və satira ilə Vonnehut sayəsində çalışdım. “Normal ailələr olmur”, Duqlas Koupland Məncə bu kitab Kouplandın dövrümüzün öndə gələn futuristlərindən biri olmasının sübutudur. “Lolita”, Vladimir Nabokov “Nabokovun incə yumoru, insanlığı qavraması və özünəməxsus dil ilə hördüyü gərginlik...” “Play It as It Lays”, Joan Didion Bu kitab məndə heykəllərə və əntiq olan hər şeyə qarşı yaranmış sevginin başlanğıcıdır. “Four Plays by Aristophanes”, translated by William Arrowsmith Müəllif və tərcüməçinin açıq-saçıqlığına heyran oldum. “Salam, kədər”, Fransuaza Saqan Dərmansız bir dərd, fransız tərzində melanxoliya. “Ancaq uşaqlar”, Patti Smit Kitabı oxuyanda elə bildim o cümlələri sanki Smit yox, mən yazmışam, inanılmaz kitabdır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
