Planetimizin heyvanları3-06-2019, 12:11
Çap et Uşaqlara hədiyyə Qurbağa Boz-yaşıl donda, Gözlərim də domba, Suda ağa, Quruda ağa, Boylanaram sola- sağa, Həvəskaram tullanmağa. Ay uşaqlar, Mən kiməm? Qur...qur...qurbağa. Çəyirtkə Açıb yelkənimi Uçdum havada. Hop....hop... Qondum yarpağa, gülə, Çiçəkli talada. Hop...hop... Tullanım...tulanım, Ot üstə yırğalanım... Yarpaqlar titrəşdikcə Harda yatım, görən gecə? Mən yaşıldonlu çəyirtkə. Hop...hop... Qarışqa Canı var bir tikə, Şələsi özündən yekə. Çalışır dayanmadan İstəyir yükün çəkə. Əl çəkmir inadından Yol aşır yuvasından. Əziyyətə salar özün, Yığar yayda azuqəsin. Layiq olar min alqışa, Zəhmətsevər qarışqa. Çəyirtkə Dizi belindən uca, Həm tullana, həm uça. Tarlalara, bağlara Ziyan vurar bolluca. Bir də onu deyim ki, Buynuz var haça. Əti yoxdu bir tikə, Kimdi ki, bu, kimdi bu? Çubuq kimi çəyirtkə. Arı Uçuram çəməndə Vız...vız... Paltarım zolaqlı qız. Vızz...zvız... Gəzib bir-bir çəmənləri, Çələng hörrəm çiçəkləri. Vız...vız... Titrəşdikcə hər çiçək, Bal yığdım pətək-pətək. Vızzz....vız... Qonaram, nərgizə, gülə, Vız..vızım...qalxır zilə... Vız...z...vız...z... Fəsillərdən sevdim yayı, Balımı sevər ayı. Paltarım sarı, zərli Qanadlarım bəzəkli. Soruşun da, kiməm mən? Vızz...vız... Qorxuduram uşaqları, Mənəm də, vız-vız arı. Vızz....z....vız.... Parabüzən Qırmızı don, qara xallı, Uç...uç.... Qonaq gəl bizə, dodağı ballı. Uç...uç.... Duraq üz-üzə, qonaq gət bizə, Babamı gətir..nənəmi gətir... Uç ...uç... İncə-incə, ay qanadı incə, Səni gözləyənmi var, Uç...uç... Yoxsa əsər giləvar? Uç...uç... Paltarına xal düzən, Gözəl, xallı parabüzən. Uç...uç.... Balaca küçük Oynayır topla, Balaca küçük. Kuçu...kuçu... Adı da Toplan. Kuçu...kuçu... Səs gəlir, cik...cik... Bu da sərçəcik, Çik...cik... Toplan edir hop Tuta sərçəni, Tullır, hop...hop... Sərçə pır edir, Toplan mır... edir. Sərçə havadan Ona əl edir. Ağacdələn Tuk...tuk... -Kimdi? -Həkimdi. -Kimdir xəstə? -Şabalıd ,Vələs, Küknar. -Vay...vay.... Ay haray həkim hanı? Tuk...tuk... -Dedim axı, burdayam! Bu, mənəm də, səsi gələn, Meşənin həkimi ağacdələn! Tuk...tuk... Cücə Boylandı yumurtdan Balaca -sarı dimdik... Cik...cik... Bu kimdi, balaca qanad, Xırda ayaq, sarı dimdik? Çik...çik... Rəngi zəfaran kimi, Yumurtadan çıxan kimi Cik...cik... Balaca, gözəl cücə, Başladı oxumağa, Bu həyata gəlincə, Cik...cik... Qarğa Bozam, həm də qarayam, Kolum var, otum-talam, Yuvamda da balam, Qar...qar... Uçum- qonum budağa, Yemim ilan, qurbağa. Qar...qar... Dimdiyimdə pendirim, Enli, yastı, dimdiyim. Qar...qar... Yuvama da gün düşüb, On altı gün kürd düşüm, Qanadıma bit düşüb. Qar..qar... Xor: Kiş...kiş...uç qon dağa, Ay 300 il yaşayan qarğa. Qaz Yağış yağır, sular daşır, Balalarım qaqqıldaşır. Qa...qa...qa... Üzərəm çayda -göldə, Ağdı, bozdu telim də. Qa...qa...qa... Suda avar ayaqlarım, Çərpələng tək qanadlarım. Qa...qa...qa... Yekə- bərkdi yumurtam, Kürt yatım, çıxar balam. Qa...qa...qa... Artıb çoxalaram hər yaz, Qa...qa...edən gözəl qaz. Flaminqo Narıncı, qırmızı, ağ, Gözü xırda, nə olacaq? Boynu əyri, qıçı düz, Bəyənirik onu biz. Sevər tək ayaq dura, Bu çəhrayı qızıl qaz. Dimdiyinin ucu qara, Yaraşıqdı sulara. Qazlar deyər qa..qa...qa... Eyni cinsdən Flaminqa. Caqqal Belim boz, qarnım ala, Oxşarım var canavara. Quyruğum, qulağım düz, Kəndə soxullam gündüz. Səsım çıxar vək...vəkk... Məməliyəm, yırtıcıyam, Tülkülərə bacıyam. Hirslənirəm vək...vək... Həm sürüyəm, ya da tək. Gözüm iti, rəngim çal, Adım yırtıcı çaqqal. Balıq Danışmağa dili yox, Ayağı yox, əli yox, Sürüşər əldən düşər, Bədənində pulu çox. Gözü var, qaşı yoxdu, Dənizdə, göldə çoxdu, Yosundan qoyar tacı, Ay səni balıq bacı. Keçi Saqqalı uzun sallanar, Yamaclara dırmanar. Adətin verməz əldən, Çəpərlərdən tullanar. Bir adı da təkədi, Dərisi də keçədi. Kimdi ki, bu, de, nəçi? Qoşa buynuzlu keçi. Siçan Gizlicə girərəm evlərə, Ziyan vuraram zəmilərə. Dişlərim ağ- iti, Gəmiriciyəm, gəmirici. Hamıdan qaçan, Nə sürünən, nə uçan... Ay uşaqlar, kiməm mən? Elədir ki, var balaca siçan. İlan Görünərəm təpədə, dağda, Sürünərəm torpaqda. Fıs...fıs...s...s... Ayağım yoxdu qacam, Dilim var uzun, haça. Fısss...s...s...ss... Baxaram qırmızı gözlə, Çalaram a, özünü gözlə. Fısss...s...s...ss... Dediklərim deyil yalan, Tapdınızmı, kiməm mən? Qorxulu, zəhərli ilan! Fısss...s...s...ss... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
