Bəlkə açasan gözünü15-02-2021, 08:22
Çap et şair-publisist Bəlkə açasan gözünü Qulağıyla sevən gözəl, Bəlkə açasan gözünü. Deyilənlər doğru çıxmaz, Qınayarsan öz-özünü. Bəlkə açasan gözünü. Peşman olmaq fayda vermir, Harayına hay da vermir. Bu sevgidən pay da vermir, Çalış itirmə izini, Bəlkə açasan gözünü. Aldatmasın pullar səni, Hər açılan qollar səni. Çaşdırmasın yollar səni, Doğru yola tut üzünü, Bəlkə açasan gözünü. Həyat sənin, yol sənindir, Ürəyini dinlə, gözəl. Bu xoşbəxtlik geci, tezi, Olacaqdır sənlə, gözəl. Bilmək üçün sən düzünü, Bəlkə açasan gözünü. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
