Fərhad Əsgərov (Ramizoğlu), AYB-nin üzvü: Yelləncəklərin taleyi (hekayə)14-09-2015, 14:03
Çap et Bir yay səhəri qəsəbəyə yayılan xəbər eşidənləri həm təəccübləndirdi, həm də heyfsləndirdi. Parkda bağban işləyən Nahid əminin özü üçün düzəltdiyi otaq yanmışdı. Nahid əmi parkın bağbanı olmasına baxmayaraq, ətraf evlərin sakinləri, parka dincəlməyə gələnlər onu çox yaxşı tanıyırdılar. Çünki o, ancaq ağaclara qulluq etməklə, parkı təmiz saxlamaqla, burada abadlıq işləri aparmaqla məşğul deyildi, Nahid əmi həm də parkda olan yelləncəklərə, karusellərə nəzarət edər, sınanda onları təmir edər, burada oynayan uşaqlara bir ata kimi qayğı göstərərdi. Buna görə uşaqlar da onu çox sevirdilər. Nahid əmi gecə düşənədək parkda ürəklə çalışar, işə can yandırar, özü üçün düzəltdiyi otaqda bir qədər dincələr, səhərə yaxın öz evinə gedib ora baş çəkər, səhər yenidən işinə qayıdardı. Onun otağı da Nahid əmi səhərə yaxın öz evinə getdikdən sonra yanmışdı. Bu hadisə hamıya müəmmalı qaldı. Hadisədən sonra Nahid əmi yenə də öz işini davam etdirirdi. Dincəlmək istəyəndə isə ağacın altındakı skamyada oturub dincələr, çayını içib, çörəyini yeyərdi. Lakin o, hər gün çox fikirli görünürdü. Bir gün Nahid əmi evinə gedirdi. Maşın yolunu keçmək istəyəndə dalandan çıxan və yüksək sürətlə hərəkət edən maşın onu vurdu. Aldığı ağır zərbədən Nahid əmi dünyasını dəyişdi. Hadisələrin az vaxt ərzində bir-birinin ardınca baş verməsi Nahid əmini tanıyanları çox kədərləndirdi. Artıq payız düşmüşdü. Parkdakı ağaclar öz yaşıl donunu dəyişirdi. Axşamtərəfi idi. Parkda qaldırıcı kran və yük maşını göründü. Uşaqlar üçün olan yelləncəklər sökülərək maşına yüklənirdi. Sakinlər bunun səbəbini soruşduqda “uşaqlar üçün yeni, daha müasir yelləncəklər qoyulacaq”- cavabını aldılar. Beləliklə, parkdakı yelləncəklərin yeri boş qaldı. Uşaqlar parka gəlir, öz yelləncəkləri üçün darıxırdılar. Onlar deyirdilər: “əgər Nahid əmi sağ olsaydı, bizim yelləncəkləri heç kim buradan apara bilməzdi. Uşaqlar çox gözlədilər, amma heç kim onlar üçün yelləncək düzəltmədi. Havalar soyumuşdu. Bir gün dərsə gedən uşaqlar parkdakı yelləncəklərin yerində tikinti getdiyini gördülər. Onlar daha burada yelləncəklərin quraşdırılacağına öz ümidlərini itirmişdilər. Az bir müddət ərzində burada üç obyekt tikildi. Parkdakı otağın yanması, Nahid əminin ölümü, yelləncəklərin yığışdırılması, obyektlərin tikilməsi uşaqları və böyükləri uzun müddət düşünməyə vadar etdi... Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb22:21
27 Sentyabr millətimizin əzmini, qəhrəmanlığını və müzəffərliyini bütün dünyaya göstərdiyimiz gündürHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
