Demo Sayt » yazarlar » Rahilə Veysəlli: “VƏTƏNDİR, ALLAH”


Rahilə Veysəlli: “VƏTƏNDİR, ALLAH”

16-09-2015, 14:58
Çap et
Rahilə Veysəlli: “VƏTƏNDİR, ALLAH”
Qubadlı, Zəngilan sinəsi dağlı,
Şuşamdı, Laçındı qapısı bağlı,
Füzulim, Cəbrayıl haylı-haraylı,
Həsrətəm elimə nədəndi, Allah!

Əsgəran, Xocalı gözləri yolda,
Ağdərə, Kəlbəcər qalıbdı darda,
Ağdamı arayım bəs indi harda,
Ölsəm qismətim Vətəndi, Allah!

Yadıma düşübdü Zəngilan eli,
Bərəkətli idi torpağı, yeri,
Həsrət qalmışam o ildən bəri,
Ümidim, diləyim Vətəndi, Allah!

Ah, Qızılqaya da həsrətlə baxır,
Bu həsrət qəlbimi yandırıb, yaxır,
Dayanmır gözüındən sel-leysan axır,
Elimə-obama sitəmdi, Allah!

Şuşaya həsrətəm, qəlbim kövrəlir,
Göyəzən dağları göyləri dəlir,
Dərd-kədər, ay Allah üstümə gəlir,
Mən ölsəm bəs günah kimdədir, Allah!

O yerlər gözümdə daşa dönübdü,
Vətənin ocağı-odu sönübdü,
Ərgünəş ağlayır, taxtı çönübdü,
Köçkünlər yaşlıdı-qəmlidi, Allah!

Sənsizəm, nə edim, gözüm qan ağlar,
Hicranm qəlbimi yandırıb-dağlar,
Rahilənin gözü qan-yaşla çağlar,
Hər zaman gözləri nəmlidi, Allah!
Reytinq: